Futbolçu bir öpüşü ilə aparıcını məşhur etdi - FOTOLAR

Futbolçu bir öpüşü ilə aparıcını məşhur etdi -    FOTOLAR
  09 İyun 2019    Oxunub:4999
Ukrayna milli komandasının "Avro-2020"nin seçmə mərhələsi çərçivəsində Serbiyaya 5:0 hesabı ilə qalib gəldiyi oyundan sonra meydan sahiblərinin futbolçusu Aleksandr Zinçenko maraqlı davranışı ilə yadda qalıb.
Azvision.az xəbər verir ki, "Mançester Siti"nin müdafiəçisi ondan müsahibə almaq istəyən xanım jurnalist Vlada Sedanı öpüb. Bu görüntülər qısa zamanda müzakirələrə səbəb olub. Xanım jurnalistin fotoları ən çox axtarılanlar siyahısına düşüb.



Qeyd edək ki, Vlada Seda "Futbol 1" və "Futbol 2" telekanallarında aparıcı və müxbir kimi çalışır. Eyni zamanda model kimi də fəaliyyət göstərir.














Teqlər: Futbol   Aparıcı  





Xəbər lenti