Azərbaycanın iki güləşçisi Avropa çempionu oldu

   Azərbaycanın iki güləşçisi Avropa çempionu oldu
  09 İyun 2019    Oxunub:4023
İspaniyanın Pontevedra şəhərində gənc güləşçilər arasında Avropa çempionatı davam edir. Bu gün 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə start veriblər.
Azvision.az xəbər verir ki, idmançımız Turan Bayramov 1/8 finalda güclü rəqiblə üz-üzə gəlib. Yeniyetmələr arasında dünya, Avropa və olimpiya çempionumuz Gürcüstan idmançısına minimal fərqlə qalib gəlib.

Pəhləvanımız daha sonra Fransa təmsilçisini üstələyərək yarımfinala yüksəlib. Gəncə güləş məktəbinin yetirməsi yarımfinalda Moldova güləşçisinin də öhdəsindən gələrək finala vəsiqə qazanıb. Həlledici qarşılaşmada Rusiya təmsilçisiylə üz-üzə gələn Turan sonuncu xal prinsipinə əsasən qalib gələrək Avropa çempionu olub.

Digər güləşçimiz Abubakr Abakarov qitə birinciliyinə inamlı start verib. Təmsilçimizə Belarus güləşçisini məğlub etmək üçün cəmi 1 dəqiqə 30 saniyə kifayət edib.

Yığmamızın üzvü Litva idmançısını da vaxtından əvvəl məyus edərək adını yarımfinala yazdırıb. Bu mərhələdə eston rəqibinə də göz açmağa imkan verməyərək vaxtından əvvəl qələbə qazanıb və finala yüksələn ikinci sərbəst güləşçimiz olub. Həlledici qarşılaşmada Rusiya güləşçisini də üstələyən Abubakr Avropa çempionu olub.

Azvision.az



Teqlər: Güləş   Avropa-Çempionu  





Xəbər lenti