Daha bir güləşçimiz erməni rəqibini məğlub etdi

 Daha bir güləşçimiz erməni rəqibini məğlub etdi
  09 İyun 2019    Oxunub:3900
İspaniyanın Pontevedra şəhərində gənc güləşçilərin Avropa çempionatı davam edir.
Azvision.az xəbər verir ki, bu gün 61, 74, 86, 92 və 125 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulublar.

Yarışda ölkəmizi təmsil edən İslam Abuyev (125 kq) ilk görüşdə İsveç idmançısından güclü olub. İslam daha sonra Ermənistan idmançısına qalib gələrək yarımfinala adlayıb. Ancaq İ.Abuyev finalın bir addımlığında Rusiya güləşçisinə məğlub olub.

Azvision.az



Teqlər: Güləş   Avropa-Çempionatı  





Xəbər lenti