Azərbaycan-Slovakiya oyunu şotlandlara tapşırıldı

Azərbaycan-Slovakiya oyunu şotlandlara tapşırıldı
  08 İyun 2019    Oxunub:2805
İyunun 11-də “Avro-2020”nin seçmə oyunları çərçivəsində futbol üzrə Azərbaycan və Slovakiya milli komandaları arasında keçiriləcək oyunun hakimləri müəyyənləşib.
Azvision.az xəbər verir ki, görüşü şotlandiyalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Con Bitona olacaq. Ona yan xətt hakimləri Alan Mulvanni və Şon Karr köməklik edəcəklər. Dördüncü hakim funksiyasını isə Donald Robertson yerinə yetirəcək.

Qeyd edək ki, “Bakcell Arena”da təşkil olunacaq oyun saat 20:00-da başlayacaq.

Azvision.az



Teqlər: Hakim   Milli   Futbol   Oyun  





Xəbər lenti