Sabah 38 dərəcə isti olacaq
Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu 22-23° isti təşkil edəcək. Tibbi-meteoroloji proqnoz iyunun 8-9-da Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohessas insanlar üçün müsbət amildir.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti, gündüz 21-26° isti təşkil edəcək.
Azvision.az