Bakı-Gəncə qatarının hərəkət cədvəli dəyişdirilir

Bakı-Gəncə qatarının hərəkət cədvəli dəyişdirilir
  08 İyun 2019    Oxunub:3072
Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən 702/701 nömrəli sürətli sərnişin qatarının hərəkət qrafikinin optimallaşdırılması məqsədi ilə Bakıdan və Gəncədən iyunun 18-dən etibarən qeyd edilən qatarın hərəkət cədvəli dəyişdirilir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az-a verilən məlumata görə, qatar Bakıdan saat 08:00-da yola düşəcək, Gəncəyə saat 12:15-də çatacaq. Gəncədən qatar saat 18:00-da yola düşəcək, Bakıya saat 22:15-də çatacaq.

Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkət cədvəli ilə BURADAN tanış ola bilərsiniz.

Azvision.az



Teqlər: Bakı   Gəncə   Qatar  





Xəbər lenti