“Maraqlıdır, niyə mənim qızımı oğurlayıblar?” - Zəhranın atası

  “Maraqlıdır, niyə mənim qızımı oğurlayıblar?” -    Zəhranın atası
  07 İyun 2019    Oxunub:4318
“Mənim üçün də maraqlıdır ki, qızım Zəhranı oğurlayan qadının əlaltıları var, yoxsa təkdir?”

Bunu Azvision.az -a bir neçə gün əvvəl Masallı rayon sakini Təzəgül Nəzərova tərəfindən qaçırılaraq diləndirilən 3 yaşlı Zəhra Bağızadənin atası Rəsul Bağırzadə deyib.
Onun sözlərinə görə, hazırda faktla bağlı polis tərəfindən araşdırma aparılır: “İstintaq gedir, işin yekununda ailəmizi məlumatlandıracaqlar. Mənim özümə də maraqlıdır, niyə Zəhranı seçiblər, niyə mənim qızımı oğurlayıblar? Ümumiyyətlə, bu qadın təkdir, yoxsa başqa əlaltıları da var? Bizim yaşadığımız dairədə polis axtarış aparır, yəqin tək deyil”.

R.Bağırov qızının qaçırılmasında başqa şəxslərin də rolunun olmasını istisna etməyib.



Qeyd edək ki, ötən gün Bakı şəhər Baş Polis İdarəsi, Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri intensiv axtarış tədbirləri nəticəsində iyunun 4-də itkin düşmüş üç yaşlı Zəhra Bağırzadə paytaxtın Nizami rayonu ərazisində tapılaraq ailəsinə təhvil verilib. Azyaşlı qız tapılan zaman onun yanında olan Masallı rayon sakini 1980-ci il təvəllüdlü Nəzərova Təzəgül Şükür qızı şübhəli şəxs qismində saxlanılaraq Sabunçu Rayon Polis İdarəsinə gətirilib.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Zəhra   Qız   İtkin  





Xəbər lenti