Millətlər Liqası: Portuqaliya finala yüksəldi

 Millətlər Liqası:  Portuqaliya finala yüksəldi
  06 İyun 2019    Oxunub:2144
UEFA Millətlər Liqasında yarımfinal mərhələsinə start verilib.
Azvision.az xəbər verir ki, ilk oyunda Portuqaliya millisi İsveçrə ilə qarşılaşıb. Portunun “Draqao” stadionunda keçirilən görüş yerli komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Kriştiano Ronaldo het-trikə imza atıb. Bununla da Portuqaliya yığması finala yüksəlib.

Qeyd edək ki, iyunun 6-da digər yarımfinal qarşılaşmasında İngiltərə ilə Hollandiya milliləri üz-üzə gələcək.

Azvision.az



Teqlər: UEFA   Portuqaliya  





Xəbər lenti