“Qəbələ”dən ayrılan Abbasov “Səbail”ə keçdi

“Qəbələ”dən ayrılan Abbasov “Səbail”ə keçdi
  04 İyun 2019    Oxunub:1931
“Qəbələ”dən ayrılan müdafiəçi Ürfan Abbasovun yeni klubu müəyyənləşib.
Azvision.az xəbər verir ki, futbolçu “Səbail” klubu ilə müqavilə imzalayıb. Müdafiəçi yeni klubunda 34 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, 27 yaşlı futbolçu sonuncu klubu olan “Qəbələ”də 220 matçda meydana çıxıb. Müdafiəçinin hesabında 3 qol var. Futbolçu Premyer Liqada 177, ölkə kubokunda 28, Avropa Liqasında 15 matça çıxıb. Müdafiəçi bütün qollarını ölkə çempionatında vurub. O, “Qəbələ”də keçirdiyi 8 mövsümdə Premyer Liqanın beş mükafatını qazanıb.

Azvision.az



Teqlər: Qəbələ   Səbail   Klub  





Xəbər lenti