İcraiyyə Komitəsinin üzvləri millinin məşqini izləyib

İcraiyyə Komitəsinin üzvləri millinin məşqini izləyib
  04 İyun 2019    Oxunub:2290
Bu gün “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Azvision.az xəbər verir ki, iclasdan sonra AFFA-nın prezidenti Rövnəq Abdullayev və İcraiyyə Komitəsinin üzvləri “Dalğa Arena”nın əsas meydanında Azərbaycan milli komandası ilə görüşüb.

AFFA prezidenti çıxış edərək AVRO-2020-nin dörd oyununun Bakıda keçiriləcəyini vurğulayıb, bu turnirin vacibliyini bir daha diqqətə çatdırıb. Rövnəq Abdullayev Avropa çempionatının seçmə mərhələsində iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya yığması ilə oyunda millimizə uğurlar arzulayıb.



Millimizin kapitanı Maksim Medvedev çıxış edərək AFFA rəhbərliyinə və İcraiyyə Komitəsinin üzvlərinə komanda adından təşəkkürünü bildirib.

Sonra İcraiyyə Komitəsinin üzvləri milli komandanın məşqini izləyib.

Azvision.az



Teqlər: AFFA   Milli  





Xəbər lenti