Azərbaycan Premyer Liqasında 8 komanda saxlanıldı

Azərbaycan Premyer Liqasında 8 komanda saxlanıldı
  04 İyun 2019    Oxunub:2303
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Azvision.az AFFA-nın saytına istinadən xəbər verir ki, aparılmış müzakirələrdən sonra 2019-2020-ci il mövsümündə Azərbaycan Premyer Liqasında komandaların sayı ötən mövsüm olduğu kimi (8 komanda) saxlanılıb.

Azərbaycan Premyer Liqasında çıxış etmək üçün lisenziya almaq məqsədilə Birinci Divizion klublarından heç biri müvafiq sənədləri təqdim etmədiyinə görə TPL-in 2019-2020-ci il mövsümündə ötən mövsüm mübarizə aparan komandalar çıxış edəcək.

Bundan başqa, xarici klublarda çıxış edən (baxışa yollanan və müqavilə imzalamaq ehtimalı yüksək olan), milli komandalara dəvət olunan və ya potensial namizəd olan yaşı 21-ə qədər azərbaycanlı futbolçulara dəstək göstərilməsi məqsədilə onların səfər xərci AFFA tərəfindən ödəniləcək.

Sonuncu qərara əsasən, AFFA-nın “Grow-2020” strategiyasına uyğun olaraq, 2020-2021-ci il mövsümündə Azərbaycan Premyer Liqasında lisenziya şərtlərinə əməl olunacağı təqdirdə komandaların sayının artırılması nəzərdə tutulacaq.

Azvision.az



Teqlər: AFFA  





Xəbər lenti