Çeferin Bakı finalı ilə bağlı önəmli açıqlama verdi

 Çeferin Bakı finalı ilə bağlı önəmli açıqlama verdi
  03 İyun 2019    Oxunub:2695
UEFA prezidenti Aleksandr Çeferin Avropa Liqasının Bakıda keçirilən final oyunu ilə önəmli açıqlama verib.

Azvision.az xəbər verir ki, Çeferin Britaniyanın "Daily Mail" nəşrinə müsahibəsində “Çelsi” ilə “Arsenal” arasında oynanılan finalın Bakıya salınmasının doğru addım olduğunu deyib.
“Avropa Liqasının final matçını Bakıda keçirməyin səhv qərar olduğunu düşünmürəm. Futbol özü inkişafdır. İnsanlar matçdan sonra stadionun tam dolmadığını deyirdilər. Bəli, final matçında stadion tam dolmamışdı. Amma oyuna ümumlikdə 51 min 370 nəfər gəlmişdi. Biz futbolu təkcə böyük ölkələrdə deyil, hər yerdə inkişaf etdirmək istəyirik".

Çeferin “Arsenal”ın erməni futbolçusu Henrix Mxitaryanın Bakıya səfərdən imtina etməsinə yenidən münasibət bildirib:

“Mxitaryan məsələsinə gəlincə, biz Azərbaycanın futbol federasiyasının və hökumətinin bütün zəmanətlərini almışdıq. Buna baxmayaraq, futbolçunun Bakıya getməməsi ilə bağlı qərarına da hörmətlə yanaşırıq”.

Xatırladaq ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçirilən final oyunu "Çelsi"nin "Arsenal" üzərində 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Azvision.az


Teqlər: UEFA   Çelsi  





Xəbər lenti