Finalın ən yaxşı oyunçusu açıqlandı

Finalın ən yaxşı oyunçusu açıqlandı
  02 İyun 2019    Oxunub:1858
UEFA Çempionlar Liqasının “Liverpul” və “Tottenhem” klubları arasında keçirilən final görüşünün ən yaxşı oyunçusu məlum olub.
Azvision.az xəbər verir ki, bu, “Liverpul” klubunun müdafiəçisi Virjil van Deykdir.

Madridin "Vanda Metropolitano" stadionunda baş tutan görüşdə hollandiyalı müdafiəçi komandasını 3 dəfə qoldan xilas edib. Virjil, həmçinin oyun ərzində rəqibin hücumçularından 16 dəfə top almağa nail olub.

Xatırladaq ki, görüş “Liverpul”un 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Azvision.az



Teqlər: UCL   Final  





Xəbər lenti