"Qəbələ"dən ayrılan futbolçu "Zirə"yə keçdi

"Qəbələ"dən ayrılan futbolçu "Zirə"yə keçdi
  02 İyun 2019    Oxunub:2134
"Zirə" yay transfer pəncərəsində heyətini yeni futbolçu ilə gücləndirib.
Azvision.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi "Qəbələ"dən ayrılan Cavid Hüsynovla anlaşıb. 31 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanılıb.

Bu, "Zirə"nin mövsümlərarası fasilədə ikinci rəsmi transferidir. "Qartallar" daha öncə "Sumqayıt"dan Elvin Məmmədovu heyətinə qatıb.

Qeyd edək ki, Hüseynov indiyə qədər “Turan”, MOİK, “Olimpik”, “İnter”, “Neftçi”, “Adana Demirspor” (Türkiyə), “Bakı” və “Qəbələ”də forma geyinib. Cavid, həmçinin Azərbaycan yığmasında da meydana çıxdığı 52 oyunda 2 dəfə fərqlənib.

Azvision.az



Teqlər: Cavid-Hüseynov   Zirə   Qəbələ  





Xəbər lenti