İkinci Avropa Oyunlarında 13 cüdoçumuz mübarizə aparacaq

İkinci Avropa Oyunlarında 13 cüdoçumuz mübarizə aparacaq
  01 İyun 2019    Oxunub:1805
Minskdə keçiriləcək ikinci Avropa Oyunlarında Azərbaycanı 13 cüdoçu təmsil edəcək.
Yarışda kişi cüdoçularımızdan Orxan Səfərov, Kəramət Hüseynov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşangi Kokauri (100 kq-dan yuxarı) mübarizə aparacaqlar.

Qadınların yarışında Aişə Qurbanlı (48 kq), Gültac Məmmədəliyeva (52 kq), İçinxorloo Münxtsedev (57 kq) və İrina Kindzerska (78 kq-dan yuxarı) qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, birinci Avropa Oyunları 2015-ci il iyunun 12-28-də Bakıda keçirilib. Oyunlarda 21-i qızıl, 15-i gümüş, 20-si bürünc olmaqla 56 medal qazanan Azərbaycan yığması komanda hesabında ikinci yeri tutub.

Azvision.az



Teqlər: Avropa-Oyunları   Cüdo  





Xəbər lenti