Kuarejma Bakıda nazirlə görüşdü: “Bura çox xoşuma gəlir”
Azvision.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi bu gün gənclər və idman nazir Azad Rəhimov və azarkeşlərlə görüşüb.
Futbolçu səfərindən məmnun qaldığını, eyni zamanda burada çox gözəl qarşılandığını qeyd edib. Kuarejma "Beşiktaş"ın onun evi olduğunu, orada çıxışına davam edəcəyini bildirib. O, səhhəti icazə verənə, özünü yaxşı hiss edənə qədər futbolçu karyerasını davam etdirəcəyini deyib:
"Hazırda "Beşiktaş"la müqaviləm var. Hər şey baş məşqçidən asılıdır. Mən pulla satılacaq insan deyiləm. Türkiyədə ancaq "Beşiktaş"da oyanacağam. Karyeramı Azərbaycanda davam etdirməyə gəlincə, gələcəkdə nələr olacağını demək olmaz. Əvvəllər də Bakıda olmuşam. Bura mənim çox xoşuma gəlib. Yenidən Azərbaycanı gəzməyə gəlmişəm. Azərbaycanda keçirlən Avropa Liqasının final oyununu izlədim. Çox gözəl matç oldu".
Sonra nazir A.Rəhimov futbolçuya Azərbaycan və Portuqaliya arasında münasibətlərin inkişafına və futbola verdiyi töhfəyə görə diplom təqdim edib. Sonda məşhur futbolçu azarkeşlərlə xatirə şəkli çəkdirib.
Qeyd edək ki, Rikardu Kuarejma 2009-2010 mövsümündə İtaliya "İnter"inin heyətində Çempionlar Liqasının qalibi, 2016-cı ildə isə Portuqaliya millisinin üzvü kimi Avropa çempionu olub.
Aytən Zəhra
Azvision.az
Teqlər: Kuarejma Azad-Rəhimov