Hafiz Hacıyev Amerikaya mühacirət edir

Hafiz Hacıyev Amerikaya mühacirət edir
  26 Noyabr 2013    Oxunub:1444
Müasir Müsavat Partiyasının (MMP) Qaradağ rayon təşkilatının Lökbatanda yerləşən mənzil qərargahına naməlum şəxslər tərəfindən basqın olduğu bildirilir.

MMP sədri Hafiz Hacıyev Publika.Az –a açıqlamasında deyib ki, onu ölümlə də hədələyirlər: “Ölkədə bizə qarşı ciddi hücumlar başlanıb. Xüsusən son seçkidə Cəmil Həsənlini ifşa etməyim görünür kimlərinsə xoşuna gəlməyib. Bu hücumlarda hakimiyyətin də daxilində olan qruplaşmalar var. Apardığım təhlillər nəticəsində aşkarlamışam ki, Cəmil Həsənlinin debatlarda çıxışı zamanı səsləndirdiyi yalançı arqumentləri də ona bu kimi bəzi xain məmurlar ötürüblər.

Prezident İlham Əliyevi, dövlətçiliyimizi müdafiə etdiyimiz üçün bunu bizə qarşı törədirlər. Düşünürəm ki, bunu edənlər 2008-ci ildə məni blokda tutub xəsarət yetirənlər ola bilər. Halbuki bununla bağlım prokurorluğa müraciət etmişəm. Araşdırma aparılıb, amma həmin şəxslər hələ də tapılmayıb.

Hələ ki, hücumun kim tərəfindən edildiyini dəqiq deyə bilmərəm. Seçkilərdən sonra bizə qarşı münasibətlər pisləşib. Bu bizi çox narahat edir. Düşünürəm ki, bu hücum ancaq hakimiyyətin əleyhinə olan insanlar tərəfindən törədilə bilər”.

O hücumla bağlı dövlət başçısına müraciət edəcəyini bildirib. Deyib ki, o gələn ay ölkə rəhbəri ilə görüşüb hakimiyyət daxilindəki xainlərin adlarını deyəcək. H. Hacıyev xaricə mühacir etməyi də düşünür. “Güman ki, Amerikaya mühacir edəcəm. 3 dəfə prezidentliyə namizəd olmuş şəxs kimi bunu edə biləcəyimi düşünürəm. Həyatıma təhlükə var, bu təhlükədən qorunmaq üçün yaxın vaxtlarda hansısa dövlətdən siyasi sığınacaq almağı düşünürəm. Hesab edirəm ki, ən optimal ölkə ABŞ-dır”-deyə partiya sədri bildirib.


Teqlər:





Xəbər lenti