Bakı finalına 52 mindən çox bilet satılıb

  Bakı finalına 52 mindən çox bilet satılıb
  28 May 2019    Oxunub:2899
UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar paytaxtın 4 nöqtəsində bilet satışı davam edir.
Azvision.az -ın məlumatına görə, AFFA-nın informasiya və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Firuz Abdulla bildirib ki, biletlər "28 Mall", "Port Baku" və "Gənclik Mall" ticarət mərkəzlərində, Heydər Əliyev Sarayının kassalarında satılır.

AFFA rəsmisi qeyd edib ki, mayın 27-nə olan son məlumata əsasən, final oyununa 52 mindən artıq bilet satılıb.

Qeyd edək ki, UEFA Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Final görüşündə iki London təmsilçisi - “Çelsi” və “Arsenal” qarşılaşacaq. Matç saat 23:00-da başlayacaq.

Azvision.az



Teqlər: Bakı   Final   UEFA  





Xəbər lenti