“Çelsi” və “Arsenal” Bakıda açıq məşq keçirəcək

“Çelsi” və “Arsenal” Bakıda açıq məşq keçirəcək
  28 May 2019    Oxunub:2132
Mayın 29-da UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda qarşılaşacaq “Çelsi” və “Arsenal” komandalarının oyunöncəsi mətbuat konfransı və mətbuat üçün açıq məşqlərinin vaxtı müəyyənləşib.
Azvision.az AFFA-ya istinadən xəbər verir ki, mayın 28-də Bakı Olimpiya Stadionunda “Arsenal” komandasının baş məşqçisi və iki futbolçusunun iştirakı ilə saat 17:45-də mətbuat konfransı keçiriləcək. Saat 18:30–da isə komandanın mətbuat üçün açıq məşqi olacaq.

“Çelsi” komandasının baş məşqçisi və iki futbolçusunun iştirakı ilə mətbuat konfransı isə saat 20:15-də təşkil ediləcək. Saat 21:00-da komandanın mətbuat üçün açıq məşqi olacaq.

Tədbirlərdə müvafiq qaydada akkreditasiyadan keçmiş mətbuat nümayəndələri iştirak edə biləcəklər.

Azvision.az



Teqlər: Arsenal   Çelsi   AFFA  





Xəbər lenti