Azad Rəhimov: “Bakı finala tam hazırdır” - VİDEO

 Azad Rəhimov:  “Bakı finala tam hazırdır” -  VİDEO
  24 May 2019    Oxunub:5819
UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar Bakıya 30 min nəfərdən artıq turistin gəlməsi gözlənilir.

Azvision.az xəbər verir ki, bu barədə Xəzər TV-yə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov məlumat verib.
Nazir bildirib ki, oyunun ən yüksək səviyyədə keçirilməsi və gələn əcnəbilərin qəbulu üçün bütün hazırlıqlar tamamlanıb.

A.Rəhimov oyunla bağlı spekuliyasiyalara toxunaraq Azərbaycanın idmanın siyasiləşdirilməsindən daim uzaq olduğunu deyib.

"Bakı UEFA Avropa Liqasının final oyununa tam hazırdır. Bütün təşkilaçılıq məsələləri tamamlanıb və artıq Bakı komandaların, çoxsaylı əcnəbi azarkeşlərin gəlişi gözləyir".



Nazir final oyunu ilə bağlı Azərbaycanı gözdənsalma cəhlərinə münasibət bildirib. Deyib ki, bundan əvvəl də Azərbaycanın ev sahibliyi etdiyi mötəbər tədbirlərdə belə cəhdlər olub.

"Bu dəfədə "Arsenal"ın erməni futbolçusu üzərindən sepuklaysiyalar edilir. Amma istənilən halda Azərbaycan idmanın siyasiləşdirilməsi hallarının əleyhinədir".

Rəhimov qeyd edib ki, erməni futbolçunun viza və təhlükəsizliyinin təminatı ilə bağlı problemlərin olması iddiaları tam əsassızdır. Bu, ən yüksək səviyyədə, rəsmi şəkildə bəyan edilib.

Onun sözlərinə görə, bütün iddialara ən yaxşı cavab möhtəşəm şəkildə keçiriləcək final oyunu olacaq: "Azərbaycan digər tədbirlərdə olduğu kimi, sabit, sülhsevər və qonaqpərvər bir ölkə olduğunu dünyaya nümayiş etdirəcək".

Azvision.az


Teqlər:





Xəbər lenti