İdmançımız Olimpiya Oyunlarına vəsiqə qazanıb

İdmançımız Olimpiya Oyunlarına vəsiqə qazanıb
  22 May 2019    Oxunub:2053
Mayın 21-də Çinin Nanjinq şəhərində keçirilən “IAAF World Challange Nanjing 2019” yarışında çəkic atma növündə çıxış edən Azərbaycan idmançısı Anna Skidan 72.92 metr nəticə göstərərək 5-ci yerin sahibi olub.
Azvision.az xəbər verir ki, atletimiz bu nəticə ilə “Tokio 2020” Olimpiya Oyunlarına vəsiqə qazanıb.

Qeyd edək ki, “Tokio 2020” Olimpiadasına lisenziya qazanmaq üçün hər atlet azı 72.50 metr nəticə göstərməlidir. Bu yarışda iştirak edən Avropa çempionu Nazim Babayev 6-cı yeri tutub.

Azvision.az



Teqlər: Atlet  





Xəbər lenti