Keçmiş polis adam güllələdi -TƏFƏRRÜATLAR

Keçmiş polis adam güllələdi -TƏFƏRRÜATLAR
  23 Noyabr 2013    Oxunub:1167
Göyçayda keçmiş polis əməkdaşının Gəncə sakinini güllələməsinin təfərrüatları məlum olub. AzVision.az APA- ya istinadən xəbər verir ki, Rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə dünən axşam saatlarında Göyçay şəhərində qeydə alınıb.

Şəhər sakini Vüqar İsgəndərov özünə məxsus fərdi yaşayış evinin həyətində Yeni Gəncə qəsəbə sakini, 1989-cu il təvəllüdlü Məmmədov Anar Zöhrab oğluna ov tüfəngindən bir dəfə atəş açaraq onu ayağından yaralayıb. Məlumatda bildirilir ki, Anar Məmmədov Vüqar İsgəndərovun evində heç kimin olmamasından istifadə edərək oğurluq məqsədilə həyətə daxil olub.

Şəxsi avtomobili ilə evinə gələn Vüqar İsgəndərov həyətində yad adam görüb. Anar Məmmədov həyətə daxil olan ev sahibini görən kimi hasarın üstünə çıxaraq qaçmaq istəyib. Ev sahibi onu dayandırmaq istəsə də, Anar Məmmədov çağırışa məhəl qoymayıb. Bu vaxt Vüqar İsgəndərov ov tüfəngindən atəş açaraq onu ayağından yaralayıb. Yaralı Anar Məmmədov Göyçay rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının maşını ilə Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. O, əməliyyat olunub və hazırda xəstənin vəziyyəti normaldır.

Məlumata görə Vüqar İsgəndərov Baş Dövlət Yol Polisi İdarəsinin yol patrul xidmətinin əməkdaşı olub. Hazırda isə təqaüddədir.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


Teqlər:





Xəbər lenti