Əhaliyə 1.2 milyard manatlıq xidmət göstərilib
2019-cu ilin yanvar-mart aylarında iaşə dövriyyəsi əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə real ifadədə 4 faiz artaraq 216,5 milyon manat olub. Dövriyyənin 40,1 faizi hüquqi şəxs statuslu müəssisələrin, 59,9 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin payına düşüb.
Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2018-ci ilin yanvar-mart aylarına nisbətən 8,8 faiz azalaraq 86,8 milyon manat təşkil edib.
Azvision.az
Teqlər: Statistika