İsrail polşalı siyasətçiləri izləyib

İsrail polşalı siyasətçiləri izləyib
  27 Yanvar 2025    Oxunub:571
Polşanın kəşfiyyat xidmətləri tərəfindən satın alınan İsrailin “Pegasus” casus proqramı bu ölkədə 578 siyasətçinin telefonlarını dinləmək üçün istifadə edilib.
AzVision.az Polşanın “Rzeczpospolita” qəzetinin yaydığı məlumata istinadən xəbər verir ki, “Pegasus” proqram təminatı əvvəlcə Korrupsiyaya Qarşı Mübarizə üzrə Mərkəzi Büronun (KQMB) təşəbbüsü ilə alınıb. Lakin sonra Daxili Təhlükəsizlik Agentliyi (DTA), Hərbi Əks-kəşfiyyat Xidməti (HƏX) və polis də bu proqrma çırçivəsində əldə olunan məlumatlardan istifadə etməyə başlayıb.

Eyni zamanda, DTA və HƏX “Pegasus” proqram təminatı vasitəsilə əldə olunan məlumatların istifadəsi üçün KQMB-yə ödəniş edib. Bunun üçün hərbi əks-kəşfiyyat HƏX KQMB-nin hesabına ildə təxminən 1 milyon ABŞ dolları köçürürmüş.

Nəşr həmçinin hesab edir ki, polşalı siyasətçilər haqqında əldə edilən məlumatların bir hissəsi İsrailə ötürülə bilərdi. Lakin fəaliyyət göstərdiyi il ərzində konkret nəticə əldə olunmadığı üçün “Pegasus” casus proqramı təminatının istifadəsini araşdıran dövlət komissiyasının işi 2025-ci ilin ortalarında dayandırıla bilər.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: İsrail   "Pegasus"   Polşa   casusluq  





Xəbər lenti