Trampın əfvindən imtina olundu
Buna görə o, 90 gün həbs və 750 dollar cərimə olunub. İttiham olunduğu cinayətləri törətdiyini və onları bağışlanmaz saydığını deyən Riddl əfvdən imtina edib.
60 gün həbs və üç il sınaq müddəti olan 71 yaşlı Pamela Hemfill də əfvdən imtina edib. O,
Trampın əfv fərmanının Kapitoliyə hücumun dinc etiraz olduğu fikrinin təbliğinə kömək edəcəyini bildirib.
Amerikalı hüquqşünaslar arasında əvvəllər Kapitolinin zəbtində təqsirli bilinən şəxslərin dövlət başçısı tərəfindən əfv olunmaqdan imtina edib-etməyəcəyi ilə bağlı fikir ixtilafı yaraıb.
Xatırladaq ki, Trampın uduzduğu 2020-ci il prezident seçkilərinin nəticələrini ləğv etmək çağırışları fonunda onun tərəfdarlarından ibarət dəstə Kapitolini 2021-ci il yanvarın 6-da zəbt etmişdi.
Sahil İsgəndərov
AzVision.az