XİN Holokost qurbanlarının anım günü ilə əlaqədar paylaşım edib
"27 yanvar - Beynəlxalq Holokost Qurbanlarının Anım Günündə biz bəşər tarixinin ən iyrənc vəhşiliklərindən birinin qurbanlarını xatırlayır və yad edirik.
Biz dini və etnik nifrətə, soyqırımına və insanlıq əleyhinə cinayətlərə qarşı birləşirik və antisemitizmin, ksenofobiyanın bütün formalarına, həmçinin dözümsüzlük təzahürlərinə qarşı çıxırıq", - paylaşımda qeyd olunub.
AzVision.az
Teqlər: