Dörd ayda 11,4 milyard manatlıq məhsul satılıb
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 44,9 faizi ərzaq məhsullarının, 5,3 faizi içkilər və tütün məmulatlarının, 17,7 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,2 faizi elektrik malları və mebellərin, 5,6 faizi avtomobil yanacağının, 1,3 faizi əczaçılıq və tibbi malların, 0,8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,2 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.
Yanvar-aprel aylarında istehlak məhsullarının dəyər ifadəsində 19,9 faizi ticarət müəssisələri, 47,9 faizi fərdi sahibkarlar tərəfindən, 32,2 faizi isə bazar və yarmarkalarda satılıb. Ötən ilin eyni ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,8 faiz artıb, fərdi sahibkarlar üzrə 1,3 faiz, bazar və yarmarkalarda 3,4 faiz azalıb.
Hesabat dövründə əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 287,6 manat və ya 2018-ci ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 9,6 manat çox olub. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 144,5 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 143,1 manatlıq qeyri-ərzaq məhsulları alıb.
Azvision.az
Teqlər: Statistika