Azərbaycanın ixrac etdiyi qaz və neftin statistikası

Azərbaycanın ixrac etdiyi qaz və neftin statistikası
  15 May 2019    Oxunub:2760
Yanvar-aprel aylarında Azərbaycandan 12 milyon 61 min 695 ton xam neft və bitumlu minerallardan alınan neft məhsulları ixrac edilib. Dörd ayda ixrac edilən neft və neft məhsullarının dəyəri isə 5 milyard 678 milyon 799 min ABŞ dolları olub.
Azvision.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Qeyd olunub ki, cari ilin ilk 4 ayında Azərbaycandan 4 milyard 39 milyon 658 min kubmetr təbii qaz ixrac olunub. İxrac olunan təbii qazın dəyəri 637 milyon 955 min ABŞ dolları təşkil edib.

Azvision.az


Teqlər: Neft   Qaz  





Xəbər lenti