“Azərbaycanda güclü sahibkarlar ordusu formalaşıb” - Nazir müavini
Nazir müavini bildirib ki, bu gün Azərbaycanda güclü sahibkarlar ordusu formalaşıb, qısa müddətdə qeydiyyatdan keçən sahibkarlıq subyektlərinin sayı 990 mini ötüb.
"Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu günə qədər 36 minə qədər sahibkarlıq subyektinə ümumi dəyəri 5,5 milyard manat olan layihələr üçün 2,3 milyard manat güzəştli kredit verilib. Maliyyələşən layihələrin 1 milyard manatı dövlət büdcəsindən ayrılmış vəsaitlər, 1,3 milyard manatı geri qaytarılan vəsaitlər hesabına təmin olunub. Son 3 ildə Sahibkarlığın İnkişafı Fonduna dövlət büdcəsindən maliyyələşmə ayrılmır. Bu da o deməkdir ki, real sektora qoyulan investiyalar nəticəsini verməkdədir. Bu tədbirlər ölkədə özəl sektorun formalaşmasına, ölkə iqtisadiyyatının lokomotivinə çevrilməsinə şərait yaradıb. Bu gün Azərbaycan iş adamlarının istehsal etdikləri məhsulları "Made in Azerbaijan" brendi ilə satılır, tanınır".
Aytən Zəhra
Azvision.az
Teqlər: Sahib-Məmmədov