Bakıda kənd təsərrüfatı sərgisi keçirilir - FOTOLAR

  15 May 2019    Oxunub : 1224
Bakıda kənd təsərrüfatı sərgisi keçirilir - FOTOLAR
Bakıda 13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi (“Caspian Agro 2019”) işə başlayıb.
Azvision.az -ın məlumatına görə, sərginin ekspozisiyası Bakı Ekspo Mərkəzinin 3 mərkəzi pavilyonunda, eləcə də mərkəzin açıq platformasında yerləşir. Bu il sərgidə dünyanın 31 ölkəsini təmsil edən 400-dən artıq şirkət iştirak edir. Bu, ötən illə müqayisədə 10% çoxdur.



Azərbaycan, Belarus, Belçika, Almaniya, İtaliya, Mərakeş, Rusiya, İspaniya, Şri-Lanka, Türkiyə, Ukrayna, ABŞ, İsrail və digər ölkələri təmsil edən nümayəndələr suvarma sistemləri, istixana avadanlıqları, istixanalar, heyvandarlıq sahəsi üçün avadanlıqlar, heyvanlar üçün yemlər, toxumlar, kənd təsərrüfatı texnikası, baytarlıq preparatları, laboratoriya avadanlıqları və digər sektorlar üzrə bir çox yeni məhsullar təqdim edirlər. Gürcüstan və Niderland sərgidə milli stendlərlə çıxış edirlər. Həmçinin, bu il Mərakeş sərgidə ilk dəfə çıxış edir. Sərgi çərçivəsində “B2B” formatlı ikitərəfli işgüzar görüşlər keçiriləcək və bu görüşlər əsnasında sənaye mütəxəssisləri əməkdaşlıq yollarını müzakirə edə, yeni əlaqələr quraraq mövcud əlaqələri gücləndirə və həm sərginin qonaqları, həm də öz həmkarları olan iştirakçılar arasında tərəfdaş və müştərilər tapa biləcəklər.



Sərgini Kənd Təsərrüfatı Nazirliyiilə yanaşı, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), İqtisadiyyat Nazirliyinin tabeliyindəki Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) dəstəkləyirlər. Sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir.















Azvision.az

Teqlər: Sərgi   KTN