“Yeni meyarlar 1000-dən artıq xəstəliyi əhatə edir” - Sahil Babayev

 “Yeni meyarlar 1000-dən artıq xəstəliyi əhatə edir” -    Sahil Babayev
  14 May 2019    Oxunub:2151
"Azərbaycanda əlilliyin təyin edilməsi meyarları beynəlxalq təcrübəyə uyğunlaşdırılacaq"
Azvision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. O bildirib ki, bu günə qədər Sovet dönəmindən qalan I, II və III qruplar üzrə əlillik meyarları mövcud idi. Lakin bu meyarlar beynəlxalq təcrübəyə uyğun gəlmirdi.

"Hazırlanan meyarlar 1000-dən artıq xəstəliyi əhatə edir. Həmin xəstəliyin 6-7 kriteriya üzrə təsir faizi müəyyən edilir. Bunun əsasında vətəndaşın xəstəliyinin həyata təsir faizi ölçüləcək, onun əlilik dərəcəsi müəyyən ediləcək. Bu kriteriyalar həm Səhiyyə Nazirliyinin, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həkimləri tərəfindın birgə hazırlanıb. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən ekspertiza edilib. Yaxın günlərdə qanunvericilik paketi Milli Məclisə təqdim ediləcək", - nazir vurğulayıb.

Aytən Zəhra
Azvision.az



Teqlər: Sahil-Babayev   ƏƏSMN  





Xəbər lenti