“Aİ ilə sazişdə Azərbaycanın maraqları nəzərə alınacaq” - Əli Əhmədov
"Bu məsələlər intensiv şəkildə müzakirə olunur. Azərbaycan bütün beynəlxalq qurumlarla, o cümlədən Avropa İttifaqı ilə əməkdaşlıqda maraqlıdır. Prezidentin bəyan etdiyi kimi, Azərbaycanın maraqlarının gözlənilməsi üstünlük təşkil edəcək. Birmənalı şəkildə istənilən əməkdaşlıqda Azərbaycanın maraqları nəzərə alınacaq. Ayrı-ayrı təşkilatlarla, dövlətlərlə əməkdaşlıq edilməsində heç bir problem yoxdur. Azərbaycanın Ermənistandan başqa digər dövlətlərlə əməkdaşlıq etməklə bağlı hər hansı problemi yoxdur. Eyni ilə də Azərbaycanın mənafeyinə hörmətlə yanaşan istənilən beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə hazırıq. Avropa İttifaqı ilə imzalanacaq sazişlə bağlı işlər aparılır, müzakirələr davam edir. Hər iki tərəfi qane edən saziş ortaya qoyulanda, saziş də imzalanacaq",- deyə Ə.Əhmədov qeyd edib.
Aytən Zəhra
Azvision.az
Teqlər: Əli-Əhmədov