Ötən il Azərbaycanda 5375 nəfər axtarışda olub
Bundan əlavə, cəzaçəkmə müəssisələrindən qaçan 3 nəfər ötən il tapılıb, 15 nəfəri isə hələ də axtarışdadır. Cəzadan boyun qaçıranların sayı 93 nəfər olub ki, onlardan 78 nəfəri müəyyən edilib, 15 nəfərin axtarışı davam etdirilir.
İstintaq, təhqiqat və məhkəmədən yayınanların sayı 5267 nəfər olub. Onlardan 2018-ci ildə müəyyən edilənlər 3761 nəfər, axtarışda qalanlar isə 1506 nəfərdir.
Qeyd edilib ki, ötən il axtarışda olan təqsirləndirən şəxslərin 52 nəfəri 14-17 yaşda olan uşaqlardır.
Aytən Zəhra
Azvision.az
Teqlər: Axtarış Statistika