Yataqxananın qəsdən yandırılmasına görə istintaq aparılır

  Yataqxananın qəsdən yandırılmasına görə istintaq aparılır
  14 May 2019    Oxunub:1885
Bakı şəhərinin Nərimanov rayonunda məcburi köçkünlərin yaşadığı yataqxananın qəsdən yandırılması ilə əlaqədar cinayət işi açılıb, hazırda istintaq davam edir.
Bu barədə Azvision.az -a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib. Onun sözlərinə görə, faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, bu il martın 6-da Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov 12 ünvanında yerləşən yataqxanada yanğın baş verib. Yanğın nəticəsində 2 nəfər ölüb, 6 nəfər xəstəxanaya yerləşdirilib.

Aytən Zəhra
Azvision.az



Teqlər: Yataqxana   Rövşən-Rzayev  





Xəbər lenti