Azərbaycan Venesiya Biennalesində təmsil olunur - FOTOLAR
Pavilyondakı multimedia əsərləri, instalyasiya və heykəllərin mövzusu bunları əhatə edir: insanlar hər gün heyrətamiz xəbər axını ilə üzləşir. Dünyada hər bir insan gün ərzində təxminən 150 dəfə telefonunu yoxlayır, 2 milyarddan çox insan sosial şəbəkələrdən istifadə edir. Saxta xəbərlər sosial şəbəkələr vasitəsilə daha çox paylaşılır, aparılan müzakirələrin əksər hissəsi isə onların doğru olub-olmadığı ilə bağlı deyil.
58-ci Venesiya Biennalesi noyabrın 24-dək davam edəcək. Venesiya Biennalesi müasir incəsənət sahəsində dünyanın ən nüfuzlu sərgilərindən hesab olunur və iki ildən bir keçirilir. Azərbaycan bu beynəlxalq layihədə 2007-ci ildən iştirak edir.
Azvision.az
Teqlər: Heydər-Əliyev-Fondu Venesiya