“Jurnalistlərin yeni binası gələn il istifadəyə veriləcək” - Vüqar Səfərli

   “Jurnalistlərin yeni binası gələn il istifadəyə veriləcək” -    Vüqar Səfərli
  14 May 2019    Oxunub:4685
"Jurnalistlərin binasında tikinti davam edir. 2020-ci ilin Mətbuat Günündə binanın açılışı olacaq"

Bu barədə Azvision.az -a açıqlamasında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİV DF) icraçı direktoru Vüqar Səfərli deyib.
Onun sözlərinə görə, binanın hansı kriteriyalar əsasında jurnalistlərə veriləcəyi gələn ilin aprel-may aylarında elan olunacaq.

V.Səfərlin qeyd edib ki, jurnalistlər üçün bina tikintisinin davamlı olub-olmayacağı barədə məlumatsızdır: "Bu, Prezidentin səlahiyyətində olan məsələdir. Əgər məsləhət bilinsə, tikinti olacaq. Lakin həmin ərazidə yer qalmayıb".

Aytən Zəhra
Azvision.az


Teqlər: Vüqar-Səfərli  





Xəbər lenti