“Pensiya sisteminin yeni inkişaf konsepsiyası hazırlanır” - Nazir

 “Pensiya sisteminin yeni inkişaf konsepsiyası hazırlanır” -    Nazir
  14 May 2019    Oxunub:2542
"Avtomatlaşdırılmış pensiya təyinatı mexanizmi vasitəsilə 10 min nəfərə elektron qaydada pensiya təyin olunub".

Azvision.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Regional Sosial Təminat Forumunda çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, bu ilin əvvəlindən “İşsizin DOSTu” proqramı artıq 36 min nəfər işsizin əmək müqaviləsi ilə ödənişli ictimai işlə təminatına imkan verib.

S.Babayev, həmçinin nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində 18 altsistemin yaradılması, “E-sosial” internet portalı, “Məşğulluq” altsistemi, cari ilin əvvəlindən ölkədə ilk proaktiv xidmət kimi tətbiqinə başlanan avtomatlaşdırılmış pensiya təyinatı mexanizmi haqqında məlumat verib.

Bundan əlavə, cari ilin ötən dövründə minimum pensiyaların və minimum əmək haqqının 40 faiz, sosial müavinət və təqaüdlərin orta hesabla 100 faiz artırıldığını diqqətə çatdırıb.

O, həmçinin qeyd edib ki, sosial təminat sistemi qarşısında dayanan çağırışlara uyğun islahatlar davam etdirilir, pensiya sisteminin yeni inkişaf konsepsiyası hazırlanır.

Aytən Zəhra
Azvision.az


Teqlər: Sahil-Babayev   ƏƏSMN  





Xəbər lenti