Sabah Azərbaycan silahları Minskdə nümayiş olunacaq
Azvision.az xəbər verir ki, sərgi dörd gün davam edəcək. Tədbirdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi də təmsil olunacaq.
Hərbi təyinatlı məhsulların istehsalında daxili tələbatın qarşılanması ilə yanaşı, ixrac imkanlarının genişləndirilməsini nəzərə alan Müdafiə Sənayesi Nazirliyi “MILEX-2019” sərgisində də əsasən ixrac yönümlü məhsullarını nümayiş etdirəcək. Bu məhsullardan snayper tüfənglərini, avtomatları, hücum pulemyotlarını, qumbaraatanları, minaatanları, müxtəlif çaplı döyüş sursatlarını və s. göstərmək olar.
Azvision.az