Avropa azərbaycanlıları Prezidentə dəstək aksiyası keçirdi - FOTOLAR

   Avropa azərbaycanlıları Prezidentə dəstək aksiyası keçirdi - FOTOLAR
  14 May 2019    Oxunub:3909
Mayın 13-də Avropa azərbaycanlılarının təşəbbüsü ilə Belçikanın paytaxtı Brüssel şəhərində Azərbaycan Prezidentini qarşılama və ona dəstək aksiyası keçirilib.
Azvision.az -ın məlumatına görə, aksiyanın əsas təşkilatçısı Azərbaycan- Belçika Dostluq Cəmiyyətidir.



Dəstək aksiyasına Almaniya, Hollandiya, Macarıstan, Belçika, Fransa və bəzi başqa Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri və üzvləri qoşulublar.



Aksiyada "Cənab Prezident, Avropaya xoş gəlmişsiniz", "Cənab Prezident, Sizi salamlayırıq" və bu kimi şüarlar səsləndirən soydaşlarımız Azərbaycanın dövlət başçısını və onun siyasi kursunu daim dəstəklədiklərini bəyan ediblər.

Aksiya iştirakçıları bundan sonra da ölkə başçısına daim dəstək olacaqlarını bəyan ediblər.









Azvision.az



Teqlər: Belçika   Brüssel   Aksiya  





Xəbər lenti