Lənkəranda əhaliyə pulsuz hüquqi yardım göstərilib - FOTOLAR

Lənkəranda əhaliyə pulsuz hüquqi yardım göstərilib -    FOTOLAR
  13 May 2019    Oxunub:2199
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Prezident İlham Əliyevin ötən il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən, hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslərə ödənişsiz hüquqi xidmətlərin göstərilməsini davam etdirir.
Vəkillər Kollegiyasından Azvision.az -a bildiriblər ki, tövsiyənin icrası ilə bağlı həyata keçirilən tədbirlərin davamı olaraq Vəkillər Kollegiyasının təşəbbüsü ilə Bakı şəhəri 2 saylı Vəkil Bürosu tərəfindən Lənkəran rayonunda ətraf rayonlarda yaşayan aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərilib.



Mədəniyyət Mərkəzində vətəndaşları qəbul edən Vəkillər Kollegiyasının üzvləri 20-dək vətəndaşa müxtəlif növ hüquqi yardım göstərib, onların problemləri ilə tanış olub, müvafiq məsləhətlər veriblər. Vəkillər vətəndaşları narahat edən məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazıblar.



Vəkillər Kollegiyası tərəfindən belə tədbirlərin respublikanın digər regionlarında da keçirilməsi nəzərdə tutulub.

Azvision.az


Teqlər: Vəkil   Hüquq  





Xəbər lenti