Başqasının yerinə imtahan vermək istəyənlərin işi araşdırılır

   Başqasının yerinə imtahan vermək istəyənlərin işi araşdırılır
  13 May 2019    Oxunub:1824
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən gün I və IV ixtisas qrupları üzrə başqasının yerinə imtahan vermək istəyən 3 nəfərin işi araşdırılır.

Bu barədə Azvision.az -a DİM-in mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə bildirib. Onun sözlərinə görə, fakt araşdırıldıqdan sonra məsələyə qiymət vermək mümkün olacaq.
“İlk növbədə məsələ araşdırılacaq və toplanan materiallar lazım olduqda hüquq-mühafizə orqanlarına veriləcək. Ötən il belə fakt qeydə alınmışdı. Bu il cinayət işi açıldı və iş məhkəməyə göndərildi”.

Qeyd edək ki, ötən gün Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün imtahan keçirilib. Başqasının yerinə imtahan vermək cəhdi ilə əlaqədar 3 fakt qeydə alınıb. Həmin şəxslər üz tanıma cihazı vasitəsilə aşkar edilərək imtahana buraxılmayıblar.

Bundan başqa, 2 abituriyent imtahan zalında telefondan istifadə etməyə çalışıb. Onlar dərhal imtahandan xaric ediliblər. Həmçinin cavab vərəqlərini imtahan binasından çıxardığına görə 4 abituriyentin nəticələri ləğv edilib.

Aytən Zəhra
Azvision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti