Erməni futbolçu ilə bağlı iddialara nazirlikdən cavab

Erməni futbolçu ilə bağlı iddialara  nazirlikdən cavab
  12 May 2019    Oxunub:4299
"Arsenal"ın erməni futbolçusu Henrik Mxitaryanın mayın 29-da Avropa Liqasının Bakıda keçiriləcək finalında iştirakı üçün Azərbaycan iştirakçı ölkələrə təhlükəsizlik təminatı ilə bağlı məktub göndərib.
Bunu Azvision.az-a açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Samaya Məmmədova deyib.

"Henrik Mxitaryanın mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalında iştirakı ilə bağlı Azərbaycanın təhlükəsizlik təminatını verməməsi məsələsinə gəldikdə, bildirmək istərdik ki, bundan öncəki illərdə ölkəmizdə keçirilmiş ilk Avropa oyunları, Şahmat Olimpiadası və digər mühüm yarışların hər birində olduğu kimi dövlət iştirakçı ölkələrə təhlükəsizlik təmimatı ilə bağlı məktub göndərib. Odur ki, deyilənlər heç bir reallığa sığmır", - deyə nazirlik rəsmisi qeyd edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Nazirlik   Arsenal   Erməni   Futbolçu  





Xəbər lenti