Şəkidə tütünçü fermerlərlə görüş keçirilib
Agentlik sədri Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”nın icra olunduğunu və bu sahənin inkişafı üçün müvafiq addımlar atıldığını qeyd edib. “AMAL layihəsi çərçivəsində tütünçülüklə bağlı layihələrin dəstəklənməsi də bu addımlardan biridir” – deyən Mirzə Əliyev fermerlərə tütün qurutma avadanlığının güzəştlə satılan kənd təsərrüfatı texnikası siyahısına daxil edildiyini bildirib.
AKİA sədri əlavə edib ki, layihə çərçivəsində tütün qurutma avadanlıqları fermerlərə güzəştli şərtlərlə veriləcək: “AMAL-da iştirak edən bəzi gənclər bu layihəyə qrup halında qoşulublar və biz gənclərin bu addımını çox yüksək dəyərləndiririk. Çox arzu edərdik ki, fermerlər kooporativ yaratmağa maraq göstərsinlər. Bu, onlara həm xərcləri paylaşmağa, həm texnika almağa, həm də güclərini birləşdirib daha yüksək gəlir əldə etməyə yardım edəcək”.
Azvision.az