Ədliyyə orqanlarında işləmək istəyənlər üçün imtahan keçirilib
İmtahanda nаmizədlərə 100 suаldаn ibаrət kitаbçа təqdim оlunub. 80 suаl namizədin qanunvericilik sahəsi üzrə, 20 suаl isə məntiqi nəticə çıxarma qabiliyyətini yoxlamaq üçündür.
Namizədlərin normal şəraitdə imtahan vermələri üçün bütün zəruri tədbirlər görülüb və imtahan təlimatda nəzərdə tutulmuş qaydada keçirilib.
İmtahanın nəticələri I və IV ixtisas qrupları üzrə mayın 12-də keçiriləcək qəbul imtahanı ilə əlaqədar yaradılmış qapalı iş rejiminə görə sabah saat 15.00-dan sonra elan olunacaq.
Azvision.az
Teqlər: