Kürün sahilindən meyiti tapılan şəxs narkotikdən ölüb
Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gedib, müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla üzərində zorakılıq əlamətləri görünməyən meyitin Şirvan şəhər sakini, əvvəllər quldurluğa görə məhkum olunmuş İ.Cəbiyev olduğu müəyyən edilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə meyitin Şirvan şəhər sakini, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma, quldurluq və narkotiklərlə bağlı cinayətlərə görə məhkum olunmuş Fariz Ağayev tərəfindən qeyd edilən əraziyə gətirilməsi müəyyən edilib.
F.Ağayev polis əməkdaşları tərəfindən saxlanılıb. O, izahatında İ.Cəbiyevin mayın 8-də onun Abşeron gənclər şəhərciyindəki kirayədə yaşadığı evə gəlməsini və orada artıq miqdarda narkotik vasitə qəbul etməsindən ölməsini, mayın 10-na keçən gecə qohumuna məxsus “Mercedes” markalı avtomobildə cəsədi qeyd edilən yerə aparmalarını bildirib. Araşdırma aparılır.
Azvision.az
Teqlər: