YAP Bakıda ağacəkmə aksiyası keçirib

YAP Bakıda ağacəkmə aksiyası keçirib
  11 May 2019    Oxunub:1771
Bu gün Yeni Azərbaycan Partiyasının və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan ağacəkmə aksiyası keçirilib.
Azvision.az xəbər verir ki, aksiya Bakının Suraxanı rayonunun Zığ dairəsi-Heydər Əliyev adına Beynəlxalq Hava Limanı avtomobil yolunun kənarında davam edib.

Aksiyada Yeni Azərbaycan Partiyasının sədrinin müavini Əli Əhmədov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Milli Məclis sədrinin müavini Bahar Muradova, partiya üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ə.Əhmədov jurnalistlərə açıqlamasında deyib ki, aksiyanın keçirilməsi ilə ulu öndərin xatirəsi yad edilir: "Digər tərəfdən Bakının ekoloji mühitinin yaxşılaşdırılmasına öz töhfəmizi veririk. Vaxtı ilə açıq sahə olan bu ərazinin yaşıl zonaya çevrilməsinə öz dəstəyimizi göstəririk".

Elvin Abdulqədirov
Azvision.az


Teqlər: YAP  





Xəbər lenti