Rayonlara intensiv yağış yağıb, leysan olub

   Rayonlara intensiv yağış yağıb, leysan olub
  11 May 2019    Oxunub:2579
May ayının 11-i səhər saat 08.00-a olan məlumata əsasən, respublikanın əksər bölgələrində yağıntılı hava şəraiti davam edib, ayrı-ayrı rayonlarda leysan xarakterli olub. Ən çox düşən yağıntının miqdarı Zaqatalada 58 mm, Balakəndə 49 mm, Şəmkirdə 26 mm, Kişçayda 23 mm, Lerikdə 11 mm təşkil edib.
Bu barədə Azvision.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bildirilib ki, digər bölgələrdə yağıntının miqdarı 1.0-8.0 mm olub. Belə ki, Abşeron yarımadasında səhər saat 07:00 radələrində Zabratda, Binədə 0,4 mm, Maştağada 1,0 mm, Bakıda 3.0 mm yağış qeydə alınıb.

Ayın 11-i gündüz saatlarında əksər rayonlarda yağıntılar kəsiləcək.

Azvision.az


Teqlər: ETSN  





Xəbər lenti