Ən çox yağış hara yağıb? - Umayra Tağıyeva açıqladı

Ən çox yağış hara yağıb? -  Umayra Tağıyeva açıqladı
  10 May 2019    Oxunub:3184
Mayın 9-u axşamdan 10-u səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva jurnalistlərə açıqlamasında bildirib.



Onun sözlərinə görə, düşən yağıntının miqdarı Qəbələ, Kişçayda (Şəki) 8, Xınalıqda 5, Şahdağda 4, Qırız, Şəki, Oğuz, Ordubadda 3, Göygöl, Ağdərə (Ordubad), Lənkəran, Astara, Lerik, Sarıbaş (Qax), İsmayıllıda 2, Yardımlı, Neftçala, Biləsuvar, Qazıməmməd, Salyan, Cəfərxan, Sabirabad, Kürdəmir, İmişli, Zərdab, Göyçay, Yevlax, Xaltan, Qusar, Mərəzə, Zaqatala, Ağstafa, Ağdam, Şəmkir, Gəncə, Gədəbəy, Daşkəsən, Şahbuz, Naxçıvan, Binə, Sumqayıtda 0.4-1 mm olub. Şimal-qərb küləyi Daşkəsəndə 25, Naftalan, Gəncədə 20, Naxçıvan, Ağdamda 16 m/s-dək güclənib.

Aytən Zəhra
Azvision.az


Teqlər: ETSN   Hava  





Xəbər lenti