Deputatlar 18 məsələni müzakirə edəcəklər

Deputatlar 18 məsələni müzakirə edəcəklər
  10 May 2019    Oxunub:1928
Milli Məclisinin növbəti iclasının vaxtı və gündəliyi məlum olub.
Azvision.az xəbər verir ki, mayın 17-də keçiriləcək iclasın gündəliyinə 18 məsələ daxil edilib.

Bunlar "Standartlaşdırma haqqında" (üçüncü oxunuş), "Texniki təmizləmə haqqında" (ikinci oxunuş) qanun layihələrinə, "Dövlət rüsumu haqqında", "Telekommunikasiya haqqında", "Yol hərəkəti haqqında" qanunlarına, həmçinin, Mülki, İnzibati xətalar məcəllələrinə dəyişiklik layihələridir.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Milli-Məclis   İclas   Plenar  





Xəbər lenti