Azad Rəhimov İrana gedir
“Azərbaycan Respublikası İdman və Gənclər naziri Azad Rəhimovun Tehrana səfər çərçivəsində iranlı həmkarı və Milli Olimpiya Komitəsinin prezidenti ilə görüşü nəzərdə tutulub. Beynəlxalq Əlaqələr Ofisinin rəhbəri Namiq Novruzov və İdman Departamentinin rəisi Aydın Məhəmmədov bu səfərdə nazirə müşaiyət edəcəklər. Azərbaycan heyətinin Tehrana səfəri 12 may 2019-cu il səhər saatlarında başlayacaq, elə həmin gün saat 11:00-da Məsud Soltanifərlə və saat 13:00-da Rza Salehi Əmiri ilə görüş nəzərdə tutulub".
Qeyd edilib ki, Azad Rəhimovun 12 may tarixində Azadlıq İdman Kompleksinə baş çəkəcəyi gözlənilir.
Elvin Abdulqədirov
AzVision.az
Teqlər: AzadRəhimov İran Səfər